İQTİSADİYYAT


Məhsullarda zəmanət ilə bağlı problemlər necə tənzimlənir?

Bakı, 26 sentyabr, AZƏRTAC

Yerli və ya xarici istehsalçılar istehsal etdikləri məhsulu Azərbaycanda satarkən verdikləri zəmanətin şərtləri müxtəlif ola bilər.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən sərbəst auditor Altay Cəfərovun sözlərinə görə ən sadə zəmanət – satılan malın hansısa bir detalı sıradan çıxarsa, onu istehsalçı və ya istehsalçının bu işi həvalə etdiyi şəxsin dəyişdirəcəyi, yaxud təmir edəcəyidir.

A.Cəfərov bildirib ki, məhsullarda zəmanət ilə bağlı problemlər olduqda çox az hallarda bu problemləri istehsalçılar birbaşa özləri həll edirlər. Zəmanətlə bağlı ya əlavə servis xidmətləri yaradılır, ya da bu iş başqa şəxslərə həvalə edilir, eləcə də idxal olunan məhsullar üzrə servis mərkəzləri vasitəsilə həyata keçirilir. Zəmanətli satış zamanı alıcıya (istehlakçıya) satıcı zəmanət talonu təqdim edir. Talonda qeyd olunan zəmanət müddətində məhsulda xəta baş verdikdə bu xəta zəmanət şərtləri çərçivəsində aradan qaldırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.