Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Məhtimqulunun poeziyası türkmən xalqının şanlı tarixinin epopeyasıdır

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan “Məhtimqulu – insan qəlbinin mənəvi təbibi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil edilən konfransda M.Fəraqi yaradıcılığına və Türkmənistana dair kitablar nümayiş olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin müasir inkişafının yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Azərbaycan və türkmən xalqlarını eyni dil və din birləşdirir.

Böyük mütəfəkkirin zəngin bədii irsindən, onun türkmən yazılı ədəbiyyatındakı xidmətlərindən danışan akademik M.Fəraqini Türkmənistanda milli istiqlal ədəbiyyatının banisi kimi xarakterizə edib. M.Fəraqinin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğu, böyük mütəfəkkir şairin poeziyasında realizmin əsas yer tutduğu, onun dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Məhtimqulunun poeziyası türkmən xalqının şanlı tarixinin epopeyasıdır.

İ.Həbibbəyli böyük mütəfəkkirin qiymətli irsinin öyrənilməsinin, tədqiqi və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə yeni töhfə olduğunu qeyd edib. Vurğulanıb ki, görkəmli türkmən şairi M.Fəraqinin xatirəsi ölkəmizdə əziz tutulur və onunla bağlı silsilə tədbirlər keçirilir.

İ.Həbibbəyli yaxın günlərdə Bakıda türkdilli ölkələrin elmlər akademiyalarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forumun keçiriləcəyini də diqqətə çatdırıb.

Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşankuliyev isə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, tədbirin iki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, “Fəraqi” təxəllüsü ilə şeirlər yazan Məhtimqulunun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Səfir Azərbaycanda M.Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın əsas missiyasının türkdilli xalqların tarixinin, zəngin mədəni irsinin öyrənilməsi və dünyaya nümayiş etdirilməsi olduğunu bildirib. O, əsrlərə dayanan zəngin tariximizin, dinimizin, dilimizin, adət-ənənələrimizin və mənəvi dəyərlərimizin olduğunu söyləyib. Bildirilib ki, türkdilli ölkələrin xalqları eyni kökdən su içən ağacın budaqlarıdır.

Böyük türkmən şairi M.Fəraqiyə həsr olunan beynəlxalq konfransın əhəmiyyətinə toxunan G.Əfəndiyeva onun zəngin irsinin türkmən ictimai fikrinə və milli şüuruna yeni üfüqlər açdığını qeyd edib.

Daha sonra çıxış edən Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salaxov, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Türkmənistan Elmlər Akademiyası (TEA) Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri namizədi Davut Orazsəhedov, TEA-nın M.Fəraqi adına Dil və Ədəbiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini Həzrətqulu Durdiyev ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi M.Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndiriblər. M.Fəraqinin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğu, onun dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul olunduğu diqqətə çatdırılıb.

Tədbirdə “Məhtimqulu Fəraqi şeirlərinin bəzi dil xüsusiyyətləri”, “Məhtimqulu Fəraqi Azərbaycan alimlərinin tədqiqatlarında”, “Ana-həyatın davamı”, “Anaya səcdə - müqəddəslər qarşısında baş əyməkdir” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans çərçivəsində, həmçinin "Anaya səcdə - müqəddəslər qarşısında baş əyməkdir”, “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında”, “Böyük türkmən şairi M.Fəraqi ədəbi irsinin Azərbaycanda nəşri və tədqiqi” kitablarının təqdimatı olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub