CƏMİYYƏT


Məişət əşyaları oğurlamaqda şübhəli bilinən Kürdəmir şəhər sakinləri tutulublar

Bakı, 13 iyul, AZƏRTAC

Oğurluqda şübhəli bilinən Kürdəmir şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir rayonu ərazisindəki evlərin birindən 3800 manat, 700 ABŞ dolları, 6 xalça, 3 televizor və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırmalarla onların Kürdəmir şəhər sakinləri, əvvəllər məhkum edilmiş Ş.Şıxalıyev və R.Qədirov olduqları müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.