İQTİSADİYYAT


Məişət kondisionerlərinin idxalı artıb

Bakı, 19 iyun, AZƏRTAC

Ötən ilin yanvar-aprel ayı ilə müqayisədə cari ilin ilk 4 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 2,2 dəfə, paltaryuyan maşınlar 30 faiz, mebellər 8,4 faiz, məişət soyuducuları isə 51 faiz artıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin yanvar-aprel aylarında hesablama maşınları, blok və qurğularının idxalında isə 10,8 faiz artım müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.