CƏMİYYƏT


Məişət zorakılığına məruz qalan 60 nəfərin sosial reabilitasiyası uğurla başa çatıb

Bakı, 22 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə 88 nəfər məişət zorakılığına məruz qalan şəxs qəbul edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 60 nəfərinin sosial reabilitasiyası uğurla başa çatıb və cəmiyyətə reinteqrasiya olunub. Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi 2021-ci il avqustun 1-dən fəaliyyətə başlayıb.

Agentliyin “Qayğı” Çağrı Mərkəzinin (116 123) ikinci xətti fasiləsiz olaraq məhz məişət zorakılığına məruz qalmış şəxslərə dəstək məqsədilə fəaliyyət göstərir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.