Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məişət zorakılığının qarşısının alınması istiqaməti üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin başçılığı ilə nümayəndə heyəti ilə bərabər, Azərbaycanın dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev deyib ki, bu gün qadınlara qarşı zorakılıq və bunun qarşısının alınması müasir dövrün problemlərindən biridir. Məişət zorakılığının əsas səbəblərindən biri odur ki, qadınların bir çoxu hələ də öz hüquqlarını bilmir və qanunvericiliyin onlar üçün yaratdığı şəraitdən xəbərsizdirlər.

Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. E.Əfəndiyev bildirib ki, 5 il əvvəl “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir.

Azərbaycanda məişət zorakılığı problemlərinin araşdırılması və onların aradan qaldırılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrdən danışan Baş nazirin müavini deyib: “Komitə ictimai fikirdə dəyişiklik yaratmaq üçün müxtəlif səviyyədə bir çox addımlar atır. Eyni zamanda, uşaqlara qarşı zorakılıqla bağlı da mühüm tədbirlər həyata keçirir. Qadınlar üçün nikah yaşının bir yaş artırılaraq 18 yaş həddində qəbul edilməsi də təqdirəlayiq haldır. Hətta zorla qadının nikaha daxil olmağa məcbur edilməsi 2 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”

Baş nazirin müavini bildirib ki, Daxili İşlər Nazirliyinin yaydığı hesabata əsasən, 2011-ci ildə qadınlara qarşı törədilən zorakılıqla bağlı cinayət faktı 4 min 280 olubsa, 2014-cü ildə bu rəqəm 2 min 114-ə, bu ilin birinci rübündə 567-yə enib. Bundan başqa, yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq faktına görə 2011-ci ildə cinayətlərin sayı 103 olubsa, ötən il bu cinayətlərin sayı 62, bu ilin birinci yarısında cəmi 4 olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, bu gün planetin ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Yalnız birgə səylərlə əməli nəticələr əldə etmək mümkündür.

Komitə sədri xüsusi qeyd edib ki, ölkəmizdə də qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərdi ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. “Azərbaycan hökuməti CEDAW Komitəsinə dövrlərarası hesabatlar verir. Komitənin ekspertləri ötən 4 il ərzində Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları çox müsbət dəyərləndirdilər. Xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi və sosial inkişafı, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətləri qeyd etdilər. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə çoxşaxəli fəaliyyətini, onun təşəbbüsü ilə gender zorakılığının qarşısının alınması, qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən genişmiqyaslı tədbirləri yüksək qiymətləndirdilər”, - deyə H.Hüseynova bildirib.

“Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai- siyasi vəziyyət yaradıb. Xüsusilə hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadınlar və uşaqlar olurlar. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir”, - deyə H.Hüseynova əlavə edib.

Komitə sədri qeyd edib ki, zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzlərin sayı gündən-günə artır. Komitə tərəfindən məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatın toplanmasına başlanılıb, pilot layihə kimi ilkin onlayn məlumat bazasının hazırlanması yekunlaşmaq üzrədir. Lakin bizim daha böyük hədəflərimiz var. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender əsaslı zorakılıq hallarının qarşısının alınması, ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi məsələləri öz əksini tapıb. Bu məqsədlərdən irəli gələn müvafiq sənədlərin hazırlanması nəzərdə tutulub.

Mövzunun aktuallığını qeyd edən BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin bildirib ki, dünyada hər 3 qadından biri məişət zorakılığına məruz qalır. Bu, çox dəhşətli rəqəmdir. Görünür ki, cinayətkarların sayı çoxdur və onlar təqib olunmurlar. Cəzasızlıq mühiti geniş vüsət alıb. Ona görə də bu kimi cinayətlərin sayında artım qeydə alınır. Onun sözlərinə görə, qlobal çərçivədə bu məsələni milli sistemə daxil etdikdə həmin cinayətkarların mütləq şəkildə cəzalandırılması labüd olacaq.

BMT rəsmisi onu da qeyd edib ki, heç bir qadın tərəqqidən geridə qalmamalıdır. Qadın və qızlara qarşı zorakılıq hallarına qarşı ciddi tədbirlər görülməlidir. Nikah yaşının Azərbaycanda 18 yaş kimi qəbul edilməsi isə təqdirəlayiq haldır. Azərbaycan qadın və uşaq hüquqlarının qorunması istiqamətində fədakarlıq nümayiş etdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə dünənki görüşdə mən bunun əyani şahidi oldum”, - deyə Babatunde Osotimehin bildirib.

BMT-nin Əhali Fondunun icraçı direktoru əlavə edib ki, zorakılıq halları arzuolunmaz hamiləliyə və bir sıra cinsi yolla keçən xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu da ailədaxili bir sıra problemlərə səbəb olur. Erkən nikahlar da qızların fiziki və psixoloji inkişafının qarşısını alır. Bu da qızlar üçün mənfi nəticələrə gətirib çıxarır.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə deyib ki, BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin belə bir konfransda iştirak üçün Azərbaycanı təsadüfi seçməyib, çünki bu gün Azərbaycan BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini ən uğurla yerinə yetirən ölkələrdən və tolerantlığına, multikulturalizmə verdiyi töhfəyə, ailə, yaşlı-gənc, qadın-kişi münasibətlərində müsbət mentalitetin qorunub saxlandığı az sayda dövlətlərdən biridir. Nazir diqqətə çatdırıb ki, “Minilliyin İnkişaf Məqsədləri”ndə 2015-ci ilə qədər yoxsulluğun 15 faizədək azaldılması nəzərdə tutulduğu halda, Azərbaycanda bu göstərici 5 faizə endirilib və “aclıq” deyilən məfhum tamamilə aradan qaldırılıb. Ölkədə bütün qızlar və oğlanlar tam olaraq ibtidai təhsilə cəlb olunub, ana ölümü və 5 yaşadək uşaq ölümünün səviyyəsi 2000-ci illə müqayisədə 2 dəfəyədək aşağı salınıb, xarabalıq şəraitində yaşayanlar yox dərəcəsindədir. Eyni zamanda, gender problemi uğurla həll olunur, artıq ölkədə bütün muzdla işləyənlərin 48 faizi qadınlardır. Gənclər arasında işsizlik səviyyəsi Avro-Asiya məkanında ən aşağı səviyyəyə 9,8 faizə enib. Ölkədə cinsindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanların hüquqları qanunla qorunur.

“Təbiidir ki, məişət zorakılığına məruz qalmış qadın və uşaqların, bəzi hallarda isə kişilərin reabilitasiyası və sosial müdafiəsi bu prosesdə son dərəcə vacib bir həlqədir, lakin bu prosesin nəticələrini tam aradan qaldırmağa qadir deyildir. Ən vacib olanı bu zorakılığın başvermə səbəblərinin minimuma endirilməsidir. Bunun üçün hüquqi tənzimləmə də tətbiq oluna bilər, məişət zorakılığının istənilən formasına görə ağır cəzalar da qoyula bilər. Amma fikrimizcə, bunlardan daha səmərəlisi ailələrin sosial rifahının gücləndirilməsidir. Yüksək sosial rifah məişət zorakılığının ortadan qaldırılmasında əsas yoldur desəm, yəqin ki, yanılmaram. Buna görə də bütün ailələrə sosial rifah arzulayıram”,-deyə S.Müslümov çıxışını yekunlaşdırıb.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında əsas diqqəti məişət zorakılığını yaradan səbəblərə yönəldib: ”Sosial və iqtisadi məsələlərin heç biri əsas deyil. Çünki bütün bu kimi səbəblərə kompleks yanaşmaq lazımdır. Xalqların adət-ənənəsi məişət zorakılığını yaradan səbəblərdə əsas rol oynayır. Bütün dinlər, eləcə də islam dini məişət zorakılığına qarşı çıxır.”

M.Qurbanlı Azərbaycanda məişət zorakılığının kökünün olmadığını, qadının tarixən cəmiyyətdə və ailədə yüksək tutulduğunu qeyd edib, həmçinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına seçki hüququnun verildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Türkiyənin ailə və sosial siyasət nazirinin müşaviri Ebubekir Şahin və digər çıxış edənlər məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi baxımından konfransın əhəmiyyətindən danışıblar.

Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir