ELM VƏ TƏHSİL


Məişət zorakılığının qarşısının alınması istiqamətində sosial işin tətbiqi məsələləri müzakirə ediləcək

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən mayın 20-də “Məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində sosial işin tətbiqi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təşkil olunacaq konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçiriləcək. Konfransın məqsədi məişət zorakılığının, o cümlədən gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində aparılan araşdırma nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir.

Konfransın seksiyaları məişət zorakılığında - gender aspekti, sosial iş, beynəlxalq təcrübə, ölkə təcrübəsi, uşaq müdafiəsinin təşkili mövzularını əhatə edir.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak edə bilərlər. İştirak etmək istəyənlər məqalələrini aprelin 10-dək [email protected] elektron poçtuna göndərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.