DÜNYA


Məkkə və Mədinə arasında sürət qatarlarının səfərləri başlayıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Həcc və Ümrə ziyarətçilərinin dini ayinlərini rahat yerinə yetirmələri üçün Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmiryol xətti istifadəyə verilib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 11-də Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən biri olan Harameyn dəmiryolu xəttində sürət qatarlarının ilk səfəri həyata keçirilib.

Krallığın büdcəsinə 2 milyard dollara başa gələn sürətli dəmiryol xətti ildə 60 milyon insana xidmət göstərəcək. Uzunluğu 460 kilometr olan bu xətt sənaye bölgələrini, hava limanını və şəhər mərkəzlərini birləşdirir. Avtomobillə 4-5 saatlıq yolu bundan sonra qatarlar saatda 300 kilometr sürətlə 1 saat 20 dəqiqəyə qət edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il 2 milyon 400 minədək həcc və 7 milyon nəfərə yaxın ümrə zəvvarını qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.