DÜNYA


Məkkə və Mədinədə komendant saatı elan edilib

Qahirə, 3 aprel, AZƏRTAC

Yeni növ koronavirus pandemiyası ilə bağlı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində 24 saat ərzində komendant saatı elan edilib. AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, cümə axşamı günündən etibarən tətbiq olunan komendant saatında insanlara yalnız səhər saat 6:00-dan günorta 15:00-dək ərzaq və dərman almaq üçün küçəyə çıxmağa icazə veriləcək. Sakinlərə yaşadıqları evlərdən çıxmamaq bərədə xəbərdarlıq edilib. Sözügedən şəhərlərdə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün kommersiya fəaliyyəti qadağan edilib.

Ötən həftə Kral Salman bin Əbdüləzizin sərəncamı ilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib. Həmin sərəncamla Ər-Riyad, Məkkə və Mədinəyə giriş-çıxışlar qadağan edilmişdi.

Səudiyyə Ərəbistanında indiyədək COVID-19 virusuna 1885 nəfər yoluxub, 21 insan isə həyatını itirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.