DÜNYA


Məkkə və Mədinədə zəvvarların təhlükəsizliyinə ilk dəfə olaraq qadın polislər nəzarət edir

Qahirə, 20 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələnlərin təhlükəsizliyinə ilk dəfə olaraq qadın polislər nəzarət edir.

AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, Krallıqda həyata keçirilən islahatlar çərçivəsində hüquq-mühafizə orqanlarında işə götürülən zərif cinsin nümayəndələri Ramazan ayında Məkkə və Mədinədə müqəddəs məscidlərin ətrafında xidməti vəzifələrini yerinə yetirirlər.

Polis zabitləri ilə yanaşı, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təşəbbüsü ilə həyata keçirilən 2030-cu ilədək İslahatlar Proqramında qadınların hərbi xidmətə götürülməsi də geniş vüsət alıb. Artıq gənc qızlar Krallığın hərbi dəniz, quru, hava və raket qoşunlarında xidmət edə bilirlər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.