DÜNYA


Meksika 204 miqrantı Hondurasa geriyə göndərib

Vaşinqton, 15 aprel, AZƏRTAC

Meksika Miqrasiya Xidmətinin nümayəndələri bildiriblər ki, onlar Hondurasdan olan 204 miqrantı geriyə, öz evlərinə göndəriblər.

AZƏRTAC xəbər verir ki, Meksika Milli Miqrasiya İnstitutunun aprelin 14-də dərc etdiyi bəyanatda bu miqrantların Meksikaya gəlməsinin “qeyri-müntəzəm” olması və onların Meksikanın cənub-şərqindəki Verakrus ştatından Hondurasa – San-Pedro-Sulaya çatdırılması bildirilir. Vurğulanır ki, bu miqrantların əksəriyyəti həddi-buluğa çatmayan övladları ilə səyahət edən ailələrdir.

Meksika hökuməti Qvatemala ilə sərhəddə humanitar vizaların verilməsini bu il dayandırıb. Bu vizalar miqrantlara Meksikanın ABŞ ilə sərhədinə çatanadək müvəqqəti immiqrasiya statusu verirdi. Martın sonunda Prezident Tramp hədə-qorxu gəlmişdi ki, əgər Meksikanın hakimiyyət orqanları ABŞ-ın cənub sərhədində miqrant axınının qarşısını almasa, ABŞ bu ölkə ilə sərhədi bağlayacaq.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.