İDMAN


Meksika BMX üzrə dünya çempionatında üç velosipedçi ilə təmsil olunur

Bakı, 7 iyun, AZƏRTAC

Meksika Bakıda keçirilən BMX üzrə dünya çempionatında üç idmançı ilə təmsil olunur.

Bu ölkənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Meksika təmsilçisi Rodriqo Karrio 40-44 yaşlı velosipedçilərin yarışında üçüncü yeri tutub. Digər iştirakçılar Daniel Morales 13, Jonatan Alvarado isə 8 yaşlıların mübarizəsində iştirak edəcəklər.

Velosiped idmanı, o cümlədən “BMX Racing” Meksikada geniş inkişaf edib və bu ölkənin idmançıları beynəlxalq yarışlarda uğurla mübarizə aparırlar. “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Daniela Kampuzano mayın 6-da Avstriyanın Qraz şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

BMX üzrə dünya çempionatı 1996-cı ildən etibarən hər il keçirilir. Beynəlxalq Velosipedçilər İttifaqının və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən builki çempionatda 43 ölkədən 1500-dək idmançı mübarizəyə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.