MƏDƏNİYYƏT


Meksika kinosu Bakıda

Bakı, 14 mart , AZƏRTAC

Meksikanın Azərbaycandakı səfirliyi, “Landmark Cinema” ilə əməkdaşlıq apararaq meksikalı rejissor Alfonso Kuaronun “Roma” filmini təqdim edib. Bu film müxtəlif mükafatlara, eyni zamanda, “Ən yaxşı xarici film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı fotoqrafiya” nominasiyaları üzrə üç “Oskar”a layiq görülüb.

AZƏRTAC xəbər verir ki, tədbirə gələn tamaşaçılar ötən əsrin 70-ci illərinin Mexiko şəhərinin həyat və ab-havasını canlandıran bu ekran əsərindən zövq alaraq filmi maraqla seyr ediblər.

Qeyd edək ki, “Roma” filminin premyerası Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində 2018-ci il avqustun 30-da keçirilib və ekran əsəri “Qızıl şir” mükafatına layiq görülüb. Alfonso Kuaronun qələbəsi ilə meksikalı rejissorların uğuru bir daha təsdiqlənib. Son 6 il ərzində İncəsənət və Kinoşünaslıq Akademiyasında seçilmiş ən yaxşı rejissorlardan beşi meksikalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.