DÜNYA


Meksika prezidentinin 219 milyon dollarlıq təyyarəsi ABŞ-da satışa çıxarılacaq

Bakı, 3 dekabr, AZƏRTAC

Meksika prezidentinin “Boeing 787 Dreamliner” təyyarəsi satılmaq üçün bu gün ABŞ-ın Kaliforniya ştatına göndəriləcək.

AZƏRTAC xəbər verir ki, Telemundo telekanalının yaydığı məlumata görə, dəbdəbəli təyyarə satılana qədər San-Bernardino şəhərində qalacaq. “Boeing 787 Dreamliner” 219 milyon dollara Meksikanın sabiq dövlət başçısı Felipe Kalderon üçün alınmışdı. Həmin təyyarədən sabiq prezident Enrike Penya Nieto da istifadə edirdi.

2018-ci ildə Meksikada keçirilən prezident seçkilərində qələbə qazanan Manuel Lopes Obrador həmin təyyarədən istifadə etməyəcəyini və səfərlərə kommersiya təyyarələri ilə gedəcəyini bildirmişdi.

Dekabrın 3-də “Boeing 787 Dreamliner” də daxil olmaqla, bütün prezident aviaparkı satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.