REGİONLAR
Meksika səfiri Neftçala rayonunda olub
Neftçala, 18 may, Aydın Yavərzadə, AZƏRTAC
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini Neftçalada olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovla keçirilən görüşdə Azərbaycan-Meksika əlaqələrinin inkişafından danışılıb, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyi və bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.
Azərbaycan-Meksika əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayan rayon icra hakimiyyətinin başçısı Neftçalanın iqtisadi və sənaye cəhətdən perspektivli rayon olmasını səfirin diqqətinə çatdırıb.
Neftçala rayonunda bir sıra sənaye obyektlərinə və mədəniyyət ocaqlarına baş çəkən səfir Rodriqo Labardini Xıllı nərə balıqartırma zavodunda, “Azerbaijan Fish Farma” müəssisəsində, Neftçala Sənaye Məhəlləsində olub.
Səfər çərçivəsində Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbində şagirdlərin ifasında maraqlı konsert proqramı izlənilib. Meksika səfiri Neftçala rayonuna səfərindən məmnunluğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]