DÜNYA


Meksikada 2 polis öldürülüb, dördü yaralanıb

Bakı, 12 iyul, AZƏRTAC

Meksikanın Duranqo ştatında mütəşəkkil cinayətkar qrupun hücumu nəticəsində iki polis əməkdaşı öldürülüb, daha dörd nəfəri yaralanıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Xose Rosas Aispuronun açıqlamasında bildirib.

O deyib ki, iki nəfər yaralansa da təəssüf ki, sonradan ölüb. Onun sözlərinə görə, silahlı hücum Meskital bələdiyyəsinə gedən yolda törədilib. Həmin vaxt 11 polis işçisi iki avtomaşında gündəlik patrul xidməti aparırmış.

Cinayətkarların saxlanılması istiqamətində ciddi iş aparılır.

Yerli bəzi KİV-lər xəbər verir ki, ölən polislərin sayı 7 nəfərə çatıb. Ancaq bu barədə hələlik rəsmi bir açıqlama verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.