İQTİSADİYYAT


Meksikada “Enerji sektorunun Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda təqdimat edilib

Meksikada “Enerji sektorunun Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda təqdimat edilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Meksikanın “ANAHUAC” universitetinin bp strateji tədqiqatlar kafedrasında enerji iqtisadiyyatına malik dövlətlərin diplomatik nümayəndəlikləri tərəfindən silsilə təqdimat-konfranslar keçirilib.

Universitetin yubiley tədbirləri çərçivəsində keçirilən konfransların birində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən “Enerji sektorunun Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda təqdimat edilib. Konfransda neft-qaz sənayesinə malik ölkələrin təmsilçiləri, habelə kafedranın çoxsaylı tələbə, müəllim və elmi işçi heyəti iştirak edib.

Tədbirdə Azərbaycan neft-qaz sənayesinin tarixi inkişaf mərhələləri, ölkəmizin dünya neft sənayesinə töhfəsi, neft-qaz sənayesinin iqtisadi artıma və sosial nailiyyətlərə təsiri barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib. Eyni zamanda, ölkə iqtisadiyyatının son makro-iqtisadi göstəriciləri nümayiş etdirilib.

Həmçinin enerji sektorunda Azərbaycanın beynəlxalq əməkdaşlıq təcrübəsindən, ümummilli lider Heydər Əliyevin neft-qaz sənayesinin inkişafında tarixi xidmətlərindən söhbət açılıb. İştirakçılar “Əsrin müqaviləsi” və digər beynəlxalq müqavilələr, Dövlət Neft Fondunun fəaliyyəti, Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyində yeri və rolu, strateji və alternativ neft-qaz ixrac boru kəmərləri layihələri barədə məlumatlandırılıb. Azərbaycanda mövcud neft–qaz ehtiyatlarından, habelə ölkəmizin dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi enerji-sərmayə layihələrindən bəhs olunub.

bp şirkətinin Meksika üzrə nümayəndəsi Olaf Korrera 2013-cü ildə Meksika Senatının nümayəndə heyətinin ABŞ, Kanada, Norveç, Britaniya, Braziliya və Azərbaycana səfər etdiyini xatırladıb. O, səfərin məqsədinin enerji sektorunda islahatlar, o cümlədən bu sektora xarici sərmayələrin cəlb edilməsi və neft fondlarının fəaliyyəti sahəsində həmin ölkələrin təcrübəsinin öyrənilməsindən ibarət olduğunu bildirib. Qeyd olunub ki, nümayəndə heyəti müvafiq islahatların aparılması və neft fondunun fəaliyyəti sahəsində ən yaxşı təcrübənin Azərbaycanda olduğu qənaətinə gəlib.

Konfransda iştirakına görə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov kafedranın müvafiq şəhadətnaməsi ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.