SİYASƏT


Meksikada Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 10-da Azərbaycanın Meksikadakı Səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Meksikada Azərbaycanın meksikalı dostları və bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, büstünün önünə gül dəstəsi qoyulub.

Mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara müasir Azərbaycanın banisi olan Ulu Öndərin müstəqillik illərində Azərbaycan dövlətçiliyi və xalqının tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib.

O, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı vəsiyyətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yerinə yetirildiyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.