DÜNYA


Meksikada aşkarlanan gizli məzarlıqda 50 cəsəd tapılıb

Bakı, 13 fevral, AZƏRTAC

Meksikanın Kolima əyalətinin Santa Rosa qəsəbəsində aşkarlanan gizli məzarlıqda 50 cəsəd tapılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb.

Meksika Milli Statistika İnstitutunun verdiyi məlumata görə, Kolima hər 100 min nəfərə 113 cinayət hadisəsi ilə ölkənin ən kriminal əyalətidir. Bir həftə əvvəl burada tapılan digər gizli məzarlıqdan 19 cəsəd aşkarlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.