DÜNYA


Meksikada beynəlxalq hava limanı vulkanik kül səbəbindən işini dayandırıb

Meksikada beynəlxalq hava limanı vulkanik kül səbəbindən işini dayandırıb

Bakı, 23 may, AZƏRTAC

Meksikanın Puebla Beynəlxalq Hava Limanı Popokatepetl vulkanının buraxdığı kül səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə ştatın Mülki Müdafiə İdarəsi tviter hesabında yazıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, məlumatda Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına kül düşdüyünə görə növbəti xəbərdarlığa qədər fəaliyyətinin dayandırıldığı bildirilib.

Daha əvvəl yerli hakimiyyət orqanları Puebla ştatının 40 bələdiyyəsində, həmçinin Mexiko və Tlaskala ştatlarının bəzi ərazilərində məktəbləri onlayn tədrisə keçirmək qərarına gəliblər.

Meksika paytaxtının hava limanı Popokatepetl vulkanı səbəbindən həftəsonu 207 reysin gecikdiyini və ya ləğv edildiyini bildirib.

Popokatepetl Meksikanın ən böyük və aktiv vulkanlarından biridir. Mayın 21-də ölkənin mülki müdafiə idarəsi vulkanın aktivliyi ilə əlaqədar təhlükə səviyyəsini beşə (cəmi yeddi səviyyə) qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.