DÜNYA


Meksikada cinayətkarlar 6 polis əməkdaşını öldürüblər

Bakı, 4 dekabr, AZƏRTAC

Meksikada cinayətkarların hücumu nəticəsində azı 6 polis əməkdaşı qətlə yetirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Halisko ştatının Baş prokurorluğu məlumat yayıb.

İnsident dekabrın 3-də axşam saatlarında La-Uerta bələdiyyəsinin ərazisində baş verib. Hadisə ilə bağı təhqiqat başlayıb. Cinayətkarların axtarışı davam edir.

Qeyd edək ki, ştatın ərazisində Meksikanın ən iri narkokartellərindən biri olan “Halisko-Yeni nəsil” qruplaşması fəaliyyət göstərir. 2015-ci ildə qruplaşma üzvlərinin helikopterə hücumu nəticəsində 8 nəfər, polis patruluna hücumu nəticəsində isə 15 nəfər həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.