DÜNYA


Meksikada metro körpüsünün çökməsi nəticəsində 20 nəfər həlak olub VİDEO

Bakı, 4 may, AZƏRTAC

Mexikoda metro körpüsünün çökməsi nəticəsində azı 20 nəfər həlak olub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, şəhərin meri Klaudia Şeynbaum məlumatı təsdiqləyib. Mülki Müdafiə Nazirliyinin məlumatına görə, xəsarət alan 49 nəfər xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, ümumilikdə 70 nəfər zərər çəkib. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Qəzanın baş verdiyi əraziyə bütün giriş-çıxış yolları bağlanıb. Oraya xüsusi xidmət avtomobillərindən başqa heç bir nəqliyyat vasitəsi buraxılmır.

Qeyd edək ki, bazar ertəsi günü yerli vaxtla dünən saat 22:25 radələrində (Bakı vaxtı ilə bu gün 7:25) Olivos və Tesonko stansiyaları rayonunda körpü konstruksiyası qatarla birgə uçub.

Mexiko metrosu Şimali Amerikanın ən böyük metropolitenlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.