DÜNYA


Meksikada ölkə tarixində ən böyük seçkilər keçiriləcək

Madrid, 6 iyun, AZƏRTAC

İyunun 6-da Meksikada ölkənin tarixində ən böyük aralıq seçkiləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, meksikalılar 15 qubernator, 500 federal və 1063 regional deputat, həmçinin 30 ştatda 1926 bələdiyyə başçısı daxil olmaqla, müxtəlif səviyyələrdə 20 mindən çox idarəçini və nümayəndəni seçməlidirlər. Bu, ölkənin yerli rəhbərlərinin dörddə üçünü təşkil edir.

Bu, həmçinin ötən il Koauila ştatının İdalgo bələdiyyəsində yerli seçkilərdən sonra federal səviyyədə pandemiya dövründə keçirilən ilk seçkilər olacaq. Səsvermədə 95 milyona yaxın seçici iştirak edəcək.

Seçkilərin nəticəsi əsasən ölkə Prezidenti Andres Manuel Lopes Obradorun müəyyənləşdirdiyi sosial-iqtisadi islahatların taleyini də müəyyən edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.