DÜNYA
Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub
Bakı, 26 iyun, AZƏRTAC
Meksikanın Veracruz əyalətində restorana basqın edən silahlı şəxslər 4-ü uşaq olmaqla 11 nəfəri öldürüb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Veracruz əyalətinin qubernatoru Migel Angel Yunes sosial mediada yaydığı videoda, əyalətin Cardel şəhərində bir restoranda yemək yeyən və aralarında ştatın federal polis rəisi Camilo Castagne ilə 4 uşağın da olduğu 11 nəfərin öldürüldüyünü açıqlayıb.
Cinayəti törədənləri “əjdaha və alçaq” kimi qiymətləndirən Yunes, ölkədəki mütəşəkkil cinayətkarların üzərinə gedəcəyinə dair verdiyi sözü təkrarlayıb. O, "Nə olursa-olsun, hər şeyi edəcəyik. Veracruz bu heyvanların əsiri olmayacaq", - deyib.
Qeyd edək ki, Veracruzda altı il ərzində ən azı 11 jurnalist öldürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [19:58]
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır
- 20.04.2024 [17:42]
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
- 20.04.2024 [17:33]
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]