DÜNYA


Meksikadakı yataqda nəhəng neft ehtiyatı aşkarlanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Meksikanın Tabasco əyalətindəki “Quesqui” neft yatağında son 30 ildə ən böyük neft ehtiyatı aşkar olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Petroleos Mexicanos” dövlət neft şirkətinin prezidenti Octavio Romero Meksika Körfəzindəki yataqda aşkar edilən neft ehtiyatının 500 milyon barrelə yaxın olduğunu söyləyib.

O, iyun ayında “Quesqui”də ilk quyunun qazıldığını və burada hər gün 4500 barrel neft istehsalı edildiyini deyib. O.Romero 34 kvadratkilometr ərazini əhatə edən yataqda daha 11 quyunun qazılmasının planlaşdırıldığını vurğulayıb. 2020-ci ildə yataqdan gündəlik 69 min barrel, 2021-ci ildə isə sutkada 110 min barrel neft və 11,61 milyon kubmetr təbii qaz istehsal ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.