DÜNYA


Meksikalı Andrea Mesa 2021-ci ilin “Kainat gözəli” seçildi

Bakı, 17 may, AZƏRTAC

Mayın 16-da ABŞ-ın Florida şəhərində “Kainat gözəli – 2021” beynəlxalq gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 69-cu gözəllik müsabiqəsinin qalibi Meksikanın 26 yaşlı təmsilçisi Andrea Mesa olub. O, tac uğrunda mübarizənin final mərhələsində Braziliya və Hindistandan olan qızları geridə qoyub.

Meksika təmsilçiləri müsabiqə tarixində artıq üçüncü dəfədir ki, qalib adını qazanır (buna qədər 1991 və 2010-cu illərdə).

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ən nüfuzlu gözəllik müsabiqəsinin keçirilməsi bir il təxirə salınmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.