İDMAN


Meksikalı Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının prezidenti seçilib

Bakı, 13 avqust, AZƏRTAC

Meksikalı Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının (WBC) prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, WBC-nin məlumatında qurumun İdarə Heyətinin üzvlərinin yekdilliklə M.Süleymanın lehinə səs verdikləri bildirilib.

O, 2014-cü ilin fevralından WBC-nin rəhbəri vəzifəsində çalışır. Ondan əvvəl isə təşkilatın prezidenti vəzifəsini atası Xose Süleyman tutub. X.Süleyman 39 il WBC-yə rəhbərlik edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.