DÜNYA


Meksikalı rəssam Frida Kalonun avtoportreti hərraca qoyulub

London, 24 sentyabr, AZƏRTAC

Meksikalı rəssam Frida Kalonun avtoportreti hərraca qoyulub.

AZƏRTAC xəbər verir ki, Britaniya mərkəzi hərrac evi Sotebi (Sotheby's) tərəfindən satışa çıxarılacaq əsərin 30 milyon dollara satılacağı gözlənilir.

Avtoportret 22-25 oktyabr tarixlərində paytaxt Londonda sərgilənəcək. Daha sonra hərracın keçiriləcəyi Nyu-York şəhərinə aparılacaq. Hərrac evi Frida Kalonun avtoportretinin rekord qiymətə alıcı tapacağını gözlədiyini bildirib.

1949-cu ildə çəkilmiş “Diyego və mən” (Diego y yo) adlı avtoportretin Kalonun 2016-cı ildə satışa çıxarılan "Meşədə iki çılpaq" əsərinin hərrac rekordunu qıracağı bildirilir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.