Meksikalı səfir: Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə bizi çox kədərləndirdi
AzerTAg.az

Bakı, 28 yanvar, AZƏRTAC
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Kabayero AZƏRTAC-a verdiyi müsahibə zamanı İranın Azərbaycandakı səfirliyinə edilən hücumu pisləyib.
“Biz istənilən ölkənin diplomatik nümayəndəliyinə başqa bir ölkə tərəfindən edilmiş hücumu pisləyirik. Beynəlxalq arenada Vyana Konvensiyasına əsaslanan və hər kəsin hörmət etməli olduğu hüquqi norma var. Lakin bəzi qruplaşmalar və ya şəxslər səfirlik əməkdaşlarının ölümünə səbəb olacaq hadisələr törətməklə bu normalara əməl etmirlər”, - deyə meksikalı səfir öz müsahibəsində vurğulayıb.
O əlavə edib: “Biz öz diplomatik missiyasını yerinə yetirərkən həlak olmuş və yaralanmış səfirlik əməkdaşlarının yaşadığı bu ağır faciə ilə bağlı dərin təəssüf hissi keçiririk. Artıq sosial şəbəkə hesablarımızda da ifadə etdiyimiz kimi, həlak olmuş səfirlik əməkdaşının ailəsinə başsağlığı diləyirik”.
Xəbərin mətnində orfoqrafik səhv var