SİYASƏT


Meksikalı siyasi şərhçi: Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurublar VİDEO

Vaşinqton, 20 noyabr, AZƏRTAC 

Meksikanın nüfuzlu “Canal Once” televiziya kanalında tanınmış siyasi şərhçi Federiko Lamontun Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə edilməsi üzrə imzalanmış birgə bəyanat haqqında müsahibəsi yayımlanıb.

Müsahibədə 10 noyabr tarixindən qüvvəyə minən üçtərəfli bəyanatla bütün cəbhəboyu atəşkəs elan olunduğunu deyən F.Lamont sənədin tələblərinə əsasən Ermənistanın 30 ilə yaxındır hərbi işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməli və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün geri qayıtmasını təmin etməli olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, meksikalı ekspert Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılması ilə paralel olaraq, razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu Birgə Monitorinq Mərkəzinin yaradılacağını söyləyib. Razılaşmanın əldə olunmasında Türkiyənin də önəmli rolu olduğunu vurğulayan F.Lamont bundan sonra regionda davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Azərbaycanın dünyada çoxmillətli ölkə kimi tanındığını və məhz bu səbəbdən Roma Papası Fransisk tərəfindən də təqdir edildiyini deyən ekspert azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra Azərbaycan ərazisindəki digər millətlərin nümayəndələri kimi, ermənilərin də onlarla birlikdə sülh şəraitində yaşaya biləcəklərini söyləyib.

F.Lamont ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərini tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurduğunu, habelə Azərbaycan Ordusu tərəfindən hərbi əməliyyatlar yolu ilə azad edilmiş şəhər və qəsəbələrdə infrastruktura və tarixi-mədəni irsə qarşı kütləvi talançılıq hallarının törədildiyinin müşahidə olunduğunu vurğulayıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.