Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qubaya səfər edib
AzerTAg.az
Quba, 29 iyul, Elxan Yusifli, AZƏRTAC
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qubaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfirlə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Səfir Meksika-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Görüşdən sonra səfir “ABAD Factory” istehsalat kompleksi ilə tanış olub və qədim Xınalıq kəndinə səfər edib.






Xəbərin mətnində orfoqrafik səhv var