Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Meksikanın “El Mundo” jurnalı erməni təcavüzünün tarixi, ölkəmizə qarşı terror siyasəti və əldə olunmuş atəşkəs bəyanatı haqqında yazıb

Vaşinqton, 9 dekabr, AZƏRTAC 

Meksikanın “El Mundo” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, ölkəmizə yönəlik terror siyasəti və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda geniş müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, eləcə də işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqlar formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat barədə məlumat verib.

Bildirib ki, Ermənistanın qeyd olunan təcavüzünün qarşısını almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa, eləcə də BMT TŞ-nin sənədlərinə uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirməyə başlayıb, bu çərçivədə Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa şəhərlərini, 300-dən çox kənd və qəsəbəni və bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

44 günlük müharibə dövründə dəfələrlə əldə olunmuş humanitar atəşkəsin ardından Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə Ermənistan tərəfindən artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistanın törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunan addımların beynəlxalq humanitar hüququn kəskin şəkildə pozulması və Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Hərbi əməliyyatlara Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu və münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü yazan səfir, Azərbaycan Ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib. Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütyun kimi 20-yə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu qeyd edib.

Noyabrın 10-da əldə olunmuş atəşkəs razılaşması barədə danışan təmsilçimiz, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş digər rayonlarından da çıxarıldığını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, razılaşmanın şərtlərin əməl edilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın irəlidəki vaxtlarda öz yurdlarına qayıdacağını bildirib.

Sonda regionun gələcəyi və barışıq imkanları ilə bağlı suala münasibətdə Azərbaycanın çoxmədəniyyətli və 40-a yaxın müxtəlif millət və inanclardan olan insanların, o cümlədən ermənilərin birgə sülh şəraitində yaşadığı yer olduğunu, bu xüsusda Roma Papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığını deyən səfir, azərbaycanlı əhalinin öz evlərinə ləyaqətli şəkildə qayıdışının təmin edilməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının da azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini bildirib.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub