Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Meksikanın nüfuzlu qəzetlərində növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırılıb

Meksikanın nüfuzlu qəzetlərində növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırılıb

Vaşinqton, 14 oktyabr, AZƏRTAC 

Meksikanın geniş oxucu kütləsinə malik “Excelsior” və “ContraReplica” qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibələri dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibələrdə ilk olaraq münaqişənin tarixi haqda danışan səfir, bəzi KİV-lərdə deyildiyinin əksinə olaraq, Dağlıq Qarabağın mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və yeddi ətraf rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğunu, bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparılaraq onların doğma yurdlarından qovulduğunu və bu prosesin Xocalı soyqırımı kimi bəşəriyyət əleyhinə cinayətlərlə müşayiət olunduğunu qeyd edib.

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd ayrı qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazılığına dəstək ifadə etdiyini, bu mövqeyin bir sıra digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərdə də öz əksini tapdığını, ancaq Ermənistan tərəfinin bu günədək həmin sənədlərin tələblərinə məhəl qoymamaqla yanaşı, danışıqlar prosesini pozmaq üçün təxribat əməlləri törətməkdən də çəkinmədiyi bildirib.

27 sentyabr tarixindən etibarən Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini, habelə 1949-cu il Cenevrə Konvensiyalarını kəskin şəkildə pozaraq mülkü əhali və infrastruktura qarşı çoxsaylı artilleriya və raket zərbələri endirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və uşaqlar da daxil olmaqla tələfata yol açdığını, habelə son günlərdə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərini ballistik raketlərlə hədəfə aldığını deyən səfir, bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti təcavüz aktının qarşısını almaq, dinc yaşayış məntəqələri və mülkü əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa uyğun şəkildə əks-hücum tədbirlərinə başladığını söyləyib.

Ermənistanın son iki il ərzində törətdiyi çoxsaylı təxribat xarakterli əməllərdən danışan səfir, bu xüsusda işğalçı dövlətin silahlı qüvvələrinin iyul ayında Tovuz ərazisindəki hücumlarını, avqust ayında Goranboy bölgəsindəki diversiya əməlini, bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatlarını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma apardığını qeyd edərək, bu əməllərin Ermənistanın illərdir yürütdüyü anneksionist siyasətin təzahürü olduğunu, iki həftə öncə başladılmış son təcavüz aktının da bu siyasətin davamı kimi ortaya çıxdığını və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə, o cümlədən BMT Baş Assambleyası çərçivəsində son çıxışında Ermənistanın bu addımları və Azərbaycana qarşı növbəti hərbi təcavüzə hazırlaşdığı barədə dünya ictimaiyyətinə xəbərdarlıq etdiyini bildirib.

Azərbaycanın 30 ilə yaxın bir müddətdə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiq qaldığını söyləyən diplomat, son iki ildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha aqressiv mövqe nümayiş etdirməklə və qeyd olunan təxribat xarakterli əməlləri ilə danışıqlar prosesini tamamilə pozduğunu deyib.

Müxbirin sualına cavab olaraq, münaqişənin Azərbaycan üçün əsla dini əsası olmadığını vurğulayan səfir, eyni zamanda Türkiyənin də münaqişədəki roluna toxunaraq, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, hazırkı münaqişədə ölkəmizə siyasi və mənəvi dəstək göstərdiyini və ümumiyyətlə regionda bir növ sabitləşdirici rol oynadığını bildirib.

Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qalması və bu ölkənin davamlı təcavüz aktlarının regionda sülh və təhlükəsizliyə qarşı başlıca təhdid olduğunu, daim sülh tərəfdarı olan Azərbaycanın 30 ilə yaxın işğal edilmiş ərazilərinin danışıqlar yolu ilə azad ediləcəyinə ümid etdiyi halda, Ermənistanın bu vaxtdan istifadə edərək danışıqları imitasiya edərək öz işğal faktını daha da möhkəmləndirməyə çalışdığını deyən diplomat, regionda davamlı sülhün bərqərar olmasının yeganə formulunun beynəlxalq düzənə sadiq qalınaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, bu xüsusda işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu vurğulayıb.

Sonda səfir Azərbaycan xalqının da regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılması və BMT TŞ-nin müvafiq qətnamələrinin icra edilməsini tələb etdiyini bildirərək, beynəlxalq ictimaiyyətin hər zamankından daha qətiyyətli mövqe sərgiləməli olduğunu, Ermənistandan mülkü əhalimizə qarşı terror addımlarından əl çəkməyi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarını bərpa etməyi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi və adıçəkilən qətnamələri yerinə yetirməyi tələb etməli olduğunu, əks halda bu tip münaqişələrin qlobal təhlükəsizliyə də təhdid yarada biləcək zəncirvari hadisələrə gətirib çıxara biləcəyini söyləyib.

AZƏRTAC-ın Vaşinqton bürosu Vaşinqton 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub