REGİONLAR


Meksikanın ölkəmizdəki səfiri Qəbələdə olub

Qəbələ, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores mayın 20-də Qəbələ rayonuna səfər edib. Səfər çərçivəsində səfir rayon rəhbərliyi ilə görüşüb, istehsal müəssisələrinə baş çəkib, bu qədim diyarın tarixi məkanları ilə tanış olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev səfirə Qəbələ rayonunun tarixi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, bu gün Qəbələ rayonunda turizm infrastrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Dincəlmək üçün buraya səfər edən turistlərin sayı ildən-ilə nəzərəçarpacaq dərəcədə artır.

Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini diqqətə çatdıran diplomat bu gün hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Səfir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu inkişaf mərhələsinin Qəbələ rayonuna da təsirsiz ötüşmədiyini vurğulayıb. Turizm sahəsindəki əməkdaşlıq haqqında fikirlərini bölüşən Xuan Rodrigo Labardini Flores ölkəmizin qonaqpərvərliyi, mədəniyyəti və mətbəxi ilə bütün dünyada tanındığını qeyd edib.

Qəbələyə səfər çərçivəsində səfir və nümayəndə heyəti rayonun tarixi-mədəni məkanları, sənaye müəssisələri və turizm imkanları ilə də yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.