DÜNYA


Meksikanın yeni prezidenti pensiyaları iki dəfə artırmağı vəd edib

Bakı, 2 iyul, AZƏRTAC

Meksikada prezident seçkilərində liderlik edən Andres Manuel Lopes Obrador iyulun 1-də ölkədə pensiyaları iki dəfə artırmağı vəd edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Milli Seçki İnstitutunun ilkin məlumatlarına əsasən, sol qüvvələrin lideri Lopes Obrador seçkilərdə 47, 22 faiz səs toplayıb. İkinci yerdə Rikardo Anayya (27,03 faiz), sonrakı yerlərdə Xose Antonio Mid (16,91 faiz) və Xayme Rodriges Kalderon (6,22 faiz) gedir. Artıq hər üç namizəd Lopes Obradorun qələbəsini etiraf edib.

“İlk gündən qocalar üçün pensiyanı iki dəfə artıracağıq və bu pensiyanın universal olacağına zəmanət veririk”, - deyə yeni seçilmiş prezident qeyd edib. O, həmçinin ölkədə korrupsiyaya qalib gələcəklərinə də söz verib.

Lopes Obrador hakimiyyətin təhvil verilməsi barədə danışıqlar aparmaq üçün iyulun 3-də ölkənin hazırkı Prezidenti Enrike Penya Nieto ilə görüşünün planlaşdırıldığını bildirib.

Qeyd edək ki, yeni prezident bu postda vəzifələrinin icrasına cari il dekabrın 1-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.