ELM VƏ TƏHSİL


Məktəb direktorları ilə keçirilən seminar-görüşlər başa çatıb

Bakı, 20 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəb direktorları üçün “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda keçirilən seminar-görüşlər başa çatıb.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Sabunçu, Pirallahı, Səbail, Yasamal, Qaradağ və Xəzər rayonlarını əhatə edən seminar-görüşlərdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov fəaliyyətin təşkili, illik hesabatların hazırlanma mexanizmləri və məktəbdaxili qiymətləndirmə, xüsusi hallar, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, vətəndaş məmnunluğu: kargüzarlıq və sənədlərlə iş, ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması mövzularında təqdimatlarla çıxış ediblər.

Eyni zamanda, seminar-görüşlərdə məktəb mühiti, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, istedadlı şagirdlərlə iş, qarşılıqlı informasiya mübadiləsinin təşkilində qarşıya çıxan problemlərin həlli, təmayülləşmə və valideynlərlə işin qurulması məsələlərinə toxunulub.

Sonda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.