REGİONLAR


Məktəb direktoru: 650 min ağac əkək təşəbbüsü sağlam həyatımız üçün zəruri bir məsələyə çağırışdır

Ağsu, 8 noyabr, AZƏRTAC

Ədəbiyyat tariximizdə ana dili fəlsəfi şeirinin əsasını qoyan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü böyük rəğbətlə qarşılayan Ağsu ziyalıları hazırda bu ekoloji aksiyanın keçiriləcəyi günü səbirsizliklə gözləyirlər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində A.T.Nadirov adına Ağsu şəhər təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Sənan Nemətov söyləyib. O, təşəbbüsün ekoloji təmizliyə mühüm töhfəsi ilə yanaşı, dahi Nəsimi yaradıcılığının təbliğində, dünyaya daha yaxşı tanıdılmasında əhəmiyyətini də bildirib: “Prezidentimizin böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsi, Birinci vitse-prezidentimizin bu Sərəncamdan qaynaqlanan bir gündə 650 min ağac əkmək barədə təşəbbüsü nəinki ədəbiyyatımıza, mədəniyyətimizə, dahi şəxsiyyətlərimizə diqqətin bir nümunəsidir, həm də sağlam həyatımız üçün hər kəsin diqqət yetirməli olduğu zəruri bir məsələyə çağırışıdır”.

S.Nemətov sözünə davam edərək deyib: “Məktəb kollektivimiz müəllim-şagirdli, bütün texniki işçilərlə birlikdə bizim üçün ayrılan ərazidə ağac əkinində fəal iştirak edəcəyik. Həmin gün məktəbimizin həyətində də təmizlik, abadlıq, səliqə-sahman işləri görəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.