CƏMİYYƏT


“Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər” mövzusunda seminar keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun gigiyena kafedrası Davamlı Tibbi Təhsil Proqramına uyğun olaraq Bakı şəhəri və respublika regionlarının həkim-gigiyenaçıların iştirakı ilə “Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər” mövzusunda seminar keçirib.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarın əsas məqsədi məktəbdə idman zalının ölçüləri, hava-istilik rejimi, mikroiqlim, havalandırma, işıqlandırma məsələlərini və bədən tərbiyəsi dərslərinin təhlükəsizliyini təmin etmək yollarını həkim-gigiyenaçılara çatdırmaqdan ibarət olub.

Dərsləri institutun gigiyena kafedrasının müdiri, dosent Məmmədəli Meybəliyev və baş müəllim Natiqə İsmayılova aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.