ELM VƏ TƏHSİL


Məktəb inspektoru vakansiyasına namizədlərin seçimi davam edir

Bakı, 18 fevral, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan məktəb inspektoru vakansiyası üzrə yazılı imtahan keçirilib. İmtahanda fevralın 12-dək qeydiyyatdan keçmiş 357 nəfərdən 37-si qadın, 18-i kişi olmaqla 55 namizədin vakansiya tələbləri nəzərə alınaraq seçim turunun 1-ci mərhələsində iştirakı təmin olunub.

TKTA-dan AZƏRTAC-a bildirilib, seçilmiş namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən yazılı imtahan açıq və qapalı suallar olmaqla 1 saat davam edib. Müsabiqə mərhələsinin nəticələrinə əsasən, nəzərdə tutulan keçid balından (18 bal) 40 nəfər aşağı, 15 nəfər isə yuxarı nəticə əldə edib.

Müsabiqənin imtahan mərhələsindən uğurla keçən namizədlər fevralın 19-20-də müsahibədə iştirak etmək üçün agentliyə dəvət olunacaq.

Müraciətlərin qəbulu fevralın 26-dək davam edəcək. Növbəti dəfə müsabiqənin imtahan mərhələsinin fevralın 28-də keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.