ELM VƏ TƏHSİL


“Məktəb liderliyi” proqramına müraciətlərin qəbulu başa çatıb

Bakı, 14 may, AZƏRTAC

“Məktəb liderliyi” proqramına müraciətlərin qəbulu başa çatıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama elektron sənəd qəbulu mərhələsi üzrə ümumilikdə 1006 müraciət (747 nəfər qadın və 260 nəfər kişi) daxil olub. Müraciət edən namizədlərdən 37 nəfəri direktor, 288 nəfəri direktor müavini, 614 nəfəri müəllim, 66 nəfəri isə digər vəzifələrdə çalışır. Müraciətçilərdən 843 nəfər sənədləri qaydasında olan ərizəçi kimi qeydə alınıb. Onlardan 354-ü Bakı, 27-si Sumqayıt, 30-u Abşeron, 302-si isə digər şəhər və rayonlardandır.

Proqram çərçivəsində təlimlər ilk olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təşkil olunacaq. Digər şəhər və rayonlardan olan növbəti mərhələyə keçən namizədlər üçün qiymətləndirmələrin keçiriləcəyi yer və tarix yaxın zamanda elan olunacaq.

Əlavə suallarla bağlı [email protected] ünvanına müraciət etmək olar.

Qeyd edək ki, proqram Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.