ELM VƏ TƏHSİL


Məktəb-liseyin məzunları ürəkaçan nailiyyətlər qazanırlar

Bakı, 9 avqust, AZƏRTAC

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 6 nömrəli məktəb-liseyin məzunları yüksək nailiyyətlər əldə ediblər.

Bu barədə AZƏRTAC-a liseydən məlumat verilib. Bildirilib ki, liseydə təhsilin inkişafı istiqamətində səmərəli tədbirlər həyata keçirilib, uğurlu nəticələr qazanılıb. Bu il məzunlardan üç nəfəri – Nərgiz Məmmədzadə, Ramil Usubov, Aylin Süleymanova qızıl medala layiq görülüblər.

Məktəb-liseyi bitirən 127 məzunun hamısı 2017-2018-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu universitetlərə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.