ELM VƏ TƏHSİL


Məktəb psixoloqları üçün seminar təşkil edilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Məktəb psixoloquna dəstək” layihəsi çərçivəsində onlayn seminar təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Şəxsi və peşəkar inkişaf” mövzusunda təşkil olunan seminarda 25 nəfərdən artıq məktəb psixoloqu iştirak edib. Seminarın moderatoru beynəlxalq dərəcəli təlimçi Orxan Həsənov olub.

Tədbir iştirakçıları inanc sistemləri, onların bizim həyatımıza təsiri, hədəflərin təyin olunması, motivasiya və iradə, vaxtın səmərəli planlaşdırılması və s. mövzular barədə məlumat alıb və fikir mübadiləsi aparıblar.

Məktəb psixoloqları üçün bu mövzuda seminarlar davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.