ELM VƏ TƏHSİL


Məktəb rəhbərliyi ailələri ziyarət edir

Bakı, 13 may, AZƏRTAC

“Ailəm və məktəbim” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil məktəblərinin rəhbərliyi və pedaqoji heyəti şagirdlərin ailələrini ziyarət edirlər.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ilk belə görüşlərdən biri 300 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllimlərin, eləcə də tədris ocağında yaradılmış “Atalar və məktəb birliyi”nin üzvlərinin iştirakı ilə keçirilib.

Görüş zamanı məktəb rəhbərliyi şagirdin evdə dərslərlə məşğul olması üçün yaradılmış şərait, əlavə məşğuliyyətləri və ailə mühiti ilə tanış olmaq imkanı qazanıb. Həmçinin valideynlərin təklif və fikirləri dinlənilib, şagirdin ailəsi ilə birlikdə ona yetkin bir övlad kimi davranmaq qərarı verilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.