ELM VƏ TƏHSİL


“Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda təlimlər təşkil olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı” çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlər ümumi təhsil müəssisələrində təhsilalanların aqressiv davranışa məruz qalmasına qarşı maarifləndirmə məqsədi daşıyıb. Təlimlər zamanı iştirakçılara insan hüquqları, ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq zorakılığın bir forması kimi, bullinq davranışının təsirləri, onun profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması kimi mövzularda məlumat verilib.

Qeyd edək ki, təlimlərin ölkədə ümumi təhsil müəssisələrində müxtəlif fənlər üzrə tədris aparan müəllimlər üçün təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.