ELM VƏ TƏHSİL


Məktəbdə təşkil olunmuş “Kiçik akademiya” hesabat verib

Bakı, 20 iyun, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ ) üzvləri növbəti dəfə Yasamal rayonunun N.Tusi adına 173 saylı orta məktəbində təşkil olunmuş “Kiçik akademiya”nın yarımillik hesabat yığıncağında iştirak ediblər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda institutun əməkdaşı Gülsarə İmanova rəhbərlik etdiyi “Kiçik akademiya”da cari ilin birinci yarısında görülən işlərdən, çöl tədqiqatlarından, yuxarı sinif şagirdlərinin əldə etdikləri təcrübələrdən, elmi yeniliklərə əsasən müxtəlif mövzularda hazırladıqları təqdimatlardan danışıb.

GAMŞ-ın sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova və institutun kiçik elmi işçisi Fəridə Talıbova şagirdlər qarşısında çıxış edərək onlara öz tövsiyələrini veriblər.

Tədbir istedadlı və xüsusi bacarığa malik şagirdlərin çıxışı ilə davam edib.

Sonda məktəbin direktoru Sitarə Abbasova GAMŞ ilə birgə təşkil olunan tədbirlərin, araşdırmaların şagirdlərdə elmə olan marağın artmasında, onların peşə seçimində mühüm rol oynadığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.