ELM VƏ TƏHSİL


Məktəbdənkənar təhsil işçiləri mükafatlandırılıblar

Bakı, 7 dekabr, AZƏRTAC

3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülən məktəbdənkənar təhsil işçiləri mükafatlandırılıblar.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzin direktoru Lalə Qəti məktəbdənkənar təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edib, əldə olunan uğurlu nəticələri diqqətə çatdırıb. O, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər qazanan məktəbdənkənar təhsil işçilərinə uğurlar arzulayıb.

Sonra uşaq-gənclər inkişaf mərkəzləri və idman-şahmat məktəblərinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.