QAN YADDAŞI


Məktəbdənkənar təhsil müəssisələrində 31 Mart soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Məktəbdənkənar təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Uşaq-gənclər inkişaf mərkəzlərində “Tarixin izi ilə”, “Tarixi həqiqətlər unudulmamalı, öyrənilməlidir”, “Soyqırımının acı xatirələri”, “Mart soyqırımını unutmadıq” adlı ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, həmçinin sənədli filmlərə baxış keçirilib.

Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər də səslənib.

Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara ətraflı məlumat vermək, eləcə də soyqırımında həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.