ELM VƏ TƏHSİL


Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin 91,8 faizi ali təhsillidir

Bakı, 17 oktyabr, AZƏRTAC 

Azərbaycanın məktəbdənkənar təhsil müəssisələrində hazırda ştat üzrə 1070 pedaqoji işçi çalışır. Onların 91,8 faizi ali, 0,8 faizi natamam ali, 7 faizi orta ixtisas, 0,4 faizi tam orta təhsillidir. Dərnək rəhbərlərinin, bədii rəhbərlərin və müşayiətçilərin sayı 6676 nəfər təşkil edir ki, onların da 63 faizi ali, 1 faizi natamam ali, 30,6 faizi orta ixtisas, 5,4 faizi isə tam orta təhsil alıb.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Rəsmi nəşrin 2017-ci ilin əvvəlinə olan məlumatına görə, Təhsil Nazirliyi sistemi üzrə 366 məktəbdənkənar təhsil müəssisəsində 12 min 383 dərnək fəaliyyət göstərir. Dərnəklərdə iştirak edənlərin sayı isə 156 min 189 nəfərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.