ELM VƏ TƏHSİL


Məktəbdənkənar təhsil müəssisələrinə qeydiyyat aparılır

Bakı, 25 sentyabr, AZƏRTAC

2020-2021-ci tədris ilində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qeydiyyat prosesi davam edir. Dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət olunmalıdır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dərnək və qrupların fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.