ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarına məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır

Bakı, 5 sentyabr, AZƏRTAC

2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır.

Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunur. Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.